2 nəfər intihar etmək istədi

2 nəfər intihar etmək istədi
  17 Aprel 2015    Oxunub:1381
Ötən gün Sumqayıt şəhərində və Sabirabbadda 2 nəfər intihara cəhd edib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, intihar məqsədi ilə özünü dənizə atmış Sumqayıt şəhər sakini Tünzalə Xudiyeva polis əməkdaşları tərəfindən xilas edilib

Araşdırma aparılır.

Eyni zamanda, Sabirabad rayon sakini İnşallah Əlili Şirvan şəhərinin ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.

Araşdırma aparılır.


Teqlər:





Xəbər lenti