Azərbaycanda saxta “İvanovka” peyda oldu
Birlik sədri onu da bildirib ki, bununla bağlı İvanovka sakinləri onlara dəfələrlə şikayət edib.
“Bununla bağlı araşdırma aparırıq. Ümumiyyətlə məhsulların İvanovkadan alınmadan buraxılması ilə bağlı istehlakçıların çoxsaylı aldadılması halları var. Buna şərablar, şirniyyat məhsulları daxildir. İlkin məlumatlara görə, heç də İvanovkadan süd alınmır. Təzadlı məlumatlar gəlir. Bəzən kontrakt göstərilir. İvanovkanın kolxoz sədri bizə şikayət edir ki, xeyir, ora süd vermirik. Dövlət orqanlarına məlumat vermişik”.
Ekspertin dediyinə görə, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İvanovka” adlı dükanda heç də İvanovkanın məhsullarını satmır. Lakin istehlakçılar bu ad altında satılan məhsulları almaqla aldadılırlar.
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


