Qadın futbolçularımızdan kişilərə ibrət

Qadın futbolçularımızdan kişilərə ibrət
  20 Aprel 2015    Oxunub:1496
16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda keçirilən UEFA-nın İnkişaf turnirinin qalibi olub.
AFFA-dan AzVision.az-a verilən məlumata görə, yığmamız Bayıl stadionunda keçirilmiş son oyunda Yunanıstan komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız 4:2 (ümumi nəticə - 5:3) hesabı ilə qalib gəlib.

Turun “Dalğa Arena”da keçirlmiş digər oyununda isə Qazaxıstan yığması 1:0 hesabı ilə gürcüstanlı futbolçulara qalib gəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti