`Ölkəmizə qara yaxmağa çalışırlar` - Əli Hüseynli
Ə.Hüseynli qeyd edib ki, Azərbaycan artıq beynəlxalq aləmdə güclü bir fiqura çevrilib, iri beynəlxalq layihələri özü həyata keçirir və bu gün dünya düzənində yeni bir reallığı ortaya qoyur: “Bunu həzm edə bilməyən qüvvələr ilk Avropa Oyunları ərəfəsində çirkin kampaniyalar aparırlar ki, Azərbaycanın nüfuzuna xələr gətirsinlər, ölkəmizə qarşı beynəlxalq aləmdə etimadsızlıq yaratsınlar”.
Millət vəkili bildirib ki, bütün bu cəhdlər “Eurovision 2012”-də olduğu kimi, uğursuzluğa düçar olacaq: “Artıq biz bu cür çirkin kampaniyalara öyrəşmişik, hətta bu Oyunların ölkəmizdə keçirilməsi qərara alınarkən bu cür kampaniyaların olması göz önünə alınmışdı. Lakin qeyd etdiyim kimi, bu çirkli kampaniya heç bir nəticə verməyəcək. Azərbaycan öz siyasətində ciddidir, uğurlu siyasət aparır və ilk Avropa Oyunlarının Azərbaycanda tam uğurla keçiriləcəyini əminliklə deyə bilərəm”.







Vaxtında, Aydın, Lazımlı!


