Sürücülərin nəzərinə - bu yoldan keçməyin

Sürücülərin nəzərinə - bu yoldan keçməyin
  21 Aprel 2015    Oxunub:1684
Tərtib olunmuş qrafikə əsasən, bəzi küşə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Bu barədə AzVision.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, bu gün günorta saat 12:00-dan etibarən Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsində və Vaqif prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti