Bakıda bina yandı - yaralanan var

Bakıda bina yandı - yaralanan var
  21 Aprel 2015    Oxunub:2216
Bakıda yaşayış binasında yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 14-cü mərtəbəsinin ümumi dəhlizində vətəndaşa məxsus həcmi 5 litr olan qaz balonunun başlıq hissəsi yanıb.

Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarətləri alıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti