Bakı metrosunda kütləvi ixtisar qorxusu

Bakı metrosunda kütləvi ixtisar qorxusu
  21 Aprel 2015    Oxunub:3474
Bakı metrosunda kassada çalışan xanımların işdən çıxarılacağı ilə bağı müxtəlif xəbərlər yayılır. Yaxın vaxtlarda metro üçün yeni texniki avadanlıqlar alınacağı üçün onların işinə ehtiyac qalmayacağı deyilir.
Əməkdaşımızla söhbət zamanı metronun xanım işçiləri də deyilənlərin doğru olduğunu bildiriblər.

“Artıq bizim işimizə ehtiyac qalmayacaq. Deyirlər ki, yeni aparatlar gətiriləcək. Pul xırdalamaq lazım olmayacaq. Sərnişinlər məcbur qalıb, karta yükləmək üçün özləri xırda pul gətirməli olacaqlar”.

Məlumatı dəqiqləşdirmək üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, ola bilsin yaxında ictimai nəqliyyatda tətbiqinə başlanılacaq vahid kart sisteminə görə belə söhbətlər gəzir.

“Amma həmin işçilərin işdən kənarlaşdırılması ilə bağlı məsələ gündəmdə deyil”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti