Fikrət Məmmədovla görüşmək istəyənlərin nəzərinə
Qəbul saat 11:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri Heydər Əliyev prospekti) keçiriləcək.
Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə şöbəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Yardımlı şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


