TQDK: Sənəd qəbulu davam edir

TQDK: Sənəd qəbulu davam edir
  22 Aprel 2015    Oxunub:2348
Qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu davam edir. Proses internetlə elektron formada aparılır və aprelin 30-dək davam edəcək. Qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçiriləcək. Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.

22 aprel saat 10:30-dək öz elektron ərizələrini doldurub təsdiq etmiş abituriyentlər haqqında statistik məlumatlar təqdim olunmuş cədvəllə tanış olmaq istəyənlər https://azvision.az/redirect.php?url=http://tqdk.gov.az/news/bachelor/1253/ linkindən istifadə edə bilərlər.


Teqlər:  



Xəbər lenti