Məktəb direktorunun 28 min dolları oğurlanıb

Məktəb direktorunun 28 min dolları oğurlanıb
  22 Aprel 2015    Oxunub:1575
Lənkəran rayonunun Xolmilli kəndində məktəb direktorunun evindən külli miqdarda pul oğurlanıb
AzVision.az-ın `Report`a istinadən xəbərinə görə, kənd məktəbinin direktoru Qasım Əliyevin evinə pəncərə şüşəsini qıraraq daxil olan naməlum şəxs və ya şəxslər 28 min ABŞ dolları oğurlayıblar. Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.


Teqlər:



Xəbər lenti