İlham Əliyev ailəsi ilə İdman Sarayında

İlham Əliyev ailəsi ilə İdman Sarayında
  22 Aprel 2015    Oxunub:2168
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Gənclər və idman naziri Azad Rəhimov burada aparılan əsaslı təmir işləri barədə məlumat verib.

Dövlətimizin başçısı və xanımı bu idman qurğusunda aparılan əsaslı təmir işlərinin gedişi ilə dəfələrlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini veriblər.

AzVision.az



Teqlər:  



Xəbər lenti