Həsən Əliyev küçəsi də bağlanır

Həsən Əliyev küçəsi də bağlanır
  22 Aprel 2015    Oxunub:5141
Tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.


Teqlər:



Xəbər lenti