Xoşqədəmlə gündəmə gələn problem - AÇIQLAMA

Xoşqədəmlə gündəmə gələn problem - AÇIQLAMA
  22 Aprel 2015    Oxunub:3874
Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı ilə ATV telekanalı arasında yaranan qalmaqal mühüm bir problemi orataya çıxardı. Belə ki, “Səni axtarıram” verilişinin müəllif hüququ üstündə başlayan dava yerli kanallarda bu sahədə hələ də boşluğun olduğunu göstərdi.
Məlum oldu ki, efirə çıxan verilişlərin heç də hamısının müəllif hüququ yoxdur. Nədənsə ya tv rəhbərliyi, ya da layihə müəllifləri buna maraq göstərmirlər.

Maraqlıdır, indiyədək hansı televiziyalar və verilişlər müəlliflik hüququ alıblar?
Müəlliflik Hüquqları Agentliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Səni axtarıram” verilişinin müəlliflik hüququ ilə bağlı yaranan problemdən sonra televiziyalar tərəfindən layihələrin qeydiyyatı üçün onlara müraciət daxil olmayıb.

“Agentlikdə dövlət qeydiyyatından keçirilmiş televiziya verilişləri (televiziya verilişinin ssenarisi, televiziya verilişi, audiovizual əsər) qeydiyyat prosedurunun tətbiq edildiyi vaxtdan, 1996-cı ildən indiyədək Azərbaycanda fəaliyyət göstərən televiziyalardan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, “АNS” Müstəqil Yayım və Media Şirkəti, “İctimai Televiziya və Radio Yayımları” Şirkəti, “Lider TV və Radio Azərbaycan” MMC, “Space” Müstəqil Televiziya və Radio Verilişləri Şirkəti, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası tərəfindən 765 layihə qeydiyyatdan keçirilib”

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti