Müəllimlərin işə qəbul vaxtı açıqlanıb

Müəllimlərin işə qəbul vaxtı açıqlanıb
  29 May 2013    Oxunub:1542
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlər olacaq.
Yeni tədris ili üzrə ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant müəllim yerləri haqqında məlumatların toplanmasına 2013-cü ilin iyun ayının ikinci yarısından başlanılacaq.AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, məlumatlar təhlil edildikdən sonra vakant yerlər elan ediləcəkdir.
Əvvəlki illərin nəticələri deməyə əsas verir ki, kənd məktəbləri üzrə, ən çox Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlərin olacağı gözlənilir.

2013-2014-cü tədris ili üzrə müəllimlərin işə qəbulu qaydalarına hazırda baxılır. Qaydalara hər hansı dəyişiklik edilməsi nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti