Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına start verilib.
AzVision.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Cari mövsüm maliyyə problemləri ilə üzləşən iki komanda - "Simurq" və "Bakı" üz-üzə gəlib. Zaqatalada baş tutan oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibinə 4 cavabsız qolla qalib gələn "Simurq" xalını 38-ə yüksəldib.
Qeyd edək ki, Premyer Liqada 34-cü tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.