"Rabitə" klubunun adı dəyişdi

"Rabitə" klubunun adı dəyişdi
  21 May 2015    Oxunub:3000
Azərbaycanın voleybolçu qadınlardan ibarət "Rabitə" klubunun adı dəyişib.
Bu barədə "Report"a federasiyanın vitse-prezidenti Faiq Qarayev məlumat verib.
F.Qarayevin sözlərinə görə, son illərin əvəzedilməz çempionu bundan sonra "Telekom" adlanacaq.

O bildirib ki, belə bir qərar klubda sponsor dəyişikliyi ilə əlaqədar verilib. Federasiya rəsmisi bu dəyişikliyədək mövcud olan "Telekom" adlı komandanın taleyinə hələlik aydınlıq gəlmədiyini söyləyib: "Həmin komandanın hansısa adla fəaliyyət göstəcəyi və ya ümumiyyətlə, fəaliyyətini dayandıracağına iyunda aydınlıq gələcək. Bu gün isə o dəqiqdir ki, "Rabitə" artıq "Telekom" adı altında fəaliyyət göstərəcək və Çempionlar Liqasına da yeni adla qatılacaq. Çünki sponsor dəyişib. Yeni sponsor da istəyir ki, komandanın adı "Telekom" olsun".

Qeyd edək ki, "Rabitə" klubu 2004-cü ildə yaranıb. Komanda 2008-ci ildən etibarən voleybol üzrə Azərbaycan Super Liqasında mübarizə aparır. 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub.


Teqlər:





Xəbər lenti