Bank məşhurları necə aldatdı? - böyük cinayət

Bank məşhurları necə aldatdı? - böyük cinayət
  07 İyun 2015    Oxunub:3056
Türkiyədə bir bank ölkənin tanınmış şəxslərini aldadaraq onlara 17,5 milyon dollar zərər vurub.
Bank məşhur məşqçi Fatih Terim, onun həyat yoldaşı Fulya Terim, tanınmış müğənni Petek Dinçöz, onun keçmiş həyat yoldaşı Can Tanrıyar, jurnalist Hıncal Uluç, həmçinin İlham Gamgam, Mehmet Tahir Demirpence, Ümit Nalbantoğlu, Angelo Della Valle, Fabio Pierotti Cei kimi iş adamlarına qarşı saxtakarlıq edib.

Məlum olub ki, bank daha çox öz hesablarını müntəzəm olaraq yoxlamayan müştəriləri hədəf alıb. Həmin şəxslərin xəbəri olmadan onların bankdakı pulları ilə qeyri-qanuni əməliyyatlar, alqı-satqı həyata keçirib. Həmin əməliyyatlar üçün müştərilərin imzası lazım olanda isə "sənədlərdə imza çatışmır" deyərək onları aldadıb və imzaladıblar.

İndi həmin banka qarşı cinayət işi açılıb. 20 bank işçisinə 30 ildən 170 ilə qədər həbs cəzası tələb edilir. İddianamə İstanbul 8-ci Ağır Cəza Məhkəməsinə göndərilib. (Ans)


Teqlər:  





Xəbər lenti