Ermənistan ordusunda itki - YENİLƏNİB

Ermənistan ordusunda itki - YENİLƏNİB
  11 İyun 2015    Oxunub:3508
Ermənistan ordusunun əsgəri aldığı güllə yarasından dünyasını dəyişib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə bu gecə Azərbaycanın işğal altında olan ərazisi - Qarabağda baş verib. Məlumatda ölən əsgərin 1995-ci il təvəllüdlü Edqar Qennadieviç Melkonyan olduğu qeyd olunur.

Hadisənin baş vermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.

***
15:53

Ötən gün Qarabağda ölü halda tapılan erməni əsgər Edqar Melkonyan haqqında maraqlı faktlar ortaya çıxıb.

Məlumata əsasən 20 yaşlı Melkonyan artıq iki il imiş ki orduda xidmət edirmiş və bir neçə gün və ya həftə sonra ordu sıralarından tərxis olunmalı imiş. Müdafiə Nazirliyindən olan mənbənin sözlərinə görə, hadisə ilə bağlı araşdırma başlayır. İlkin araşdırmalara əsasən hərbçi özünə qəsd edib.


Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti