Xanım güləşçimiz finalda-Yenilənir (FOTOLAR)

Xanım güləşçimiz finalda-Yenilənir (FOTOLAR)
  15 İyun 2015    Oxunub:5148
Bu gün I Avropa Oyunlarında qadınlar arasında sərbəst güləş yarışlarına start verilib.
AzVision.az-ın məlumatına görə, Azərbaycandan olan qadın güləşçilərin yarışmasında bu gün medalların sahibləri bəlli olacaq.

***

Qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Nataliya Sinişin isə Patrizia Liuzzi (İTA) üzərində 10:0 hesablı qələbə qazanıb.

60 kq çəkidə mübarizə aparan dünya və Avropa çempionumuz, Olimpiya Oyunlarını bürünc medalçısı Yuliya Ratkeviç isə təəssüf ki, 1/8 finalda ilk qarşılaşmasındaca Bolqarıstan təmsilçisi Taybe Yuseinə 1:4 hesabı ilə məğlub olub.

***
55 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Nataliya Sinişin 1/4 finalda Türkiyə təmsilçisi Bediha Gün ilə qarşılaşıb.

Güləşçimiz rəqibi üzərində 12:0 hesabı ilə vaxtından əvvəl parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. N.Sinişinin yarımfinaldakı rəqibi İsveç təmsilçisi Sofia Mattson olacaq.
***
48 kq çəki dərəcəsində idmançımız Mariya Stadnik polşalı İvona Matkovska ilə qarşılaşıb. Mariya Stadnik 8:2 hesabı ilə qalib gələrək finala çıxıb.

55 kq çəki dərəcəsində güləşçimiz Natalya Sinişina isveçli Mattsson Sofiya ilə qarşılaşıb. Ağır mübarizə şəraitində keçən görüşdə Sinişina 5:6 hesabı ilə rəqibinə uduzub.

Qeyd edək ki, güləş yarışlarının ilk iki günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisi birinci Avropa Oyunlarında ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

AzVision.az
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti