İlham Əliyev: `Heç kim toxunulmaz deyil`

İlham Əliyev: `Heç kim toxunulmaz deyil`
  04 Noyabr 2015    Oxunub:3563
“Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Bunun təşəbbüskarı ulu öndər Heydər Əliyevdir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, son illər Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir: “Məhkəmələrin faliyyəti bu məsələdə mühüm rol oynayır. Məhkəmələrə daxil olan şikayətlər getdikcə azalır. Gələcək islahatlar nəticəsində məhkəmə sistemində maksimum olunması vacibdir”.

Prezident İlham Əliyev bildirib ki, yeni tikilən bütün məhkəmə komplekslərində elektron sistem qurulub. Məhkəmə sistemində qərəzli yanaşma yolverilməzdir, korrupsiyaya qarşı mübarizə aparılması əhəmiyyətlidir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək”.

Dövlət başçısı qeyd edib ki, son dövrlər sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktlar üzə çıxıb: “Bu hallara yol verən şəxslər mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırılıb. Heç kim toxunulmaz deyil".

İlham Əliyev bunu noyabrın 1-də baş tutan seçkilərdən də danışıb: “Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunub. Son parlament seçkiləri xalqımızın iradəsini əks etdirir. Ölkədə inkişafı əngəlləyən amillər, o cümlədən korrupsiya halları aradan qaldırılmalıdır. Buna nail olmaq üçün isə güclü siyasi iradə və ictimai dəstək var”.


Teqlər:  





Xəbər lenti