MSK nəticələri sabah Konstitusiya Məhkəməsinə göndərəcək

MSK nəticələri sabah Konstitusiya Məhkəməsinə göndərəcək
  17 Noyabr 2015    Oxunub:2886
Sabah Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasına yekun vuracaq.

AzVision.az-ın məlumatına görə, bununla bağlı MSK-nın iclası keçiriləcək. İclasda seçkilərin yekunları və nəticələri təsdiq olunacaq. Bundan sonra Seçki Məcəlləsinin 108 və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın protokolu tərtib edilərək Komissiya üzvləri tərəfindən imzalanacaq. Sonra nəticələr təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.


Teqlər:  



Xəbər lenti