`ATƏT-in hüququ yoxdur`- MSK sədri
“Azərbaycan həm də sorğu göndərib ki, nə üçün əhalisi 100 milyon olan ölkələrlə əhalisinin sayı az olan ölkələrə eyni sayda müşahidəçi göndərilir. Bu, hansı prinsiplərlə müəyyənləşir. Kim gələcəkdə seçkiləri müşahidə etmək niyyətində olsa, müşahidə etməyə gəlsin. Yeri gəlmişkən, ATƏT-in DTİHB-nun seçkiləri müşahidədən imtina etmək hüququ da yoxdur. Azərbaycan da əvvəldən ATƏT DTİHB-i seçkiləri müşahidə etməyə dəvət etməklə planlarını pozmuşdu”.
O, qeyd edib ki, seçkilərdə xırda pozuntular olur və rəhbərlik etdiyi qurum pozuntularla bağlı addımlar atacaq: “Mən Daxili İşlər Nazirliyinin əməkdaşlarına da təşəkkür edirəm. Seçki prosesində çoxlu hal olub ki, sonradan hay-küy qaldırmaq üçün polisi münaqişəyə cəlb etməyə çalışıblar. Polislər bildiriblər ki, özlərini yormasınlar. Ədliyyə Nazirliyi də seçki prosesində hüquqi prosedurlarda daim bizə yardımçı olub. Biz həmişə seçicilərin hüququnun pozulmamasına çalışırıq. Milli Məclisə seçkidə çoxlu sayda partiya iştirak edib”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


