Mərkəzi Bankdan 30 ton qızıl çıxarılır

Mərkəzi Bankdan 30 ton qızıl çıxarılır
  19 Noyabr 2015    Oxunub:2962
Yaxın vaxtlarda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Mərkəzi Bankda (AMB) saxlanılan qızıl ehtiyatları fondun binasında qorunacaq.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin əməkdaşı Elnur Babayev məlumat verib.

“Hazırda bu istiqamətdə işlər gedir. Binanın tam təhlükəsizliyi, saxlanma anbarında işləyəcək şəxslərin müəyyənləşdirilməsi, polisin cəlb olunması və digər proseslər var... Bu işlər bir az vaxt alacaq. Amma yaxın müddətdə bu işlər yekunlaşacaq”, - deyə E. Babayev vurğulayıb.

Qeyd edək ki, hazırda qızıl ehtiyatı ARDNF-in ümumi portfelinin 3,3%-ni təşkil edir. Qeyd edək ki, fondun 30 ton qızıl ehtiyatı var.

Xatırladaq ki, AMB-dən əvvəl fondun qızıl ehtiyatları Londonda “JP Morgan” bankında saxlanılıb və hissə-hissə ölkəyə gətirilərək saxlanmaq üçün Mərkəzi Banka təhvil verilib.




Teqlər:  



Xəbər lenti