Bəzi rayonlarda qaz olmayacaq

Bəzi rayonlarda qaz olmayacaq
  19 Noyabr 2015    Oxunub:1750
Ağdaş və Ağdam magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, noyabrın 20-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-1” və Ağdam magistral qaz kəmərləri sahəsinin “Ağcabədi” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Göyçay və Ağcabədi rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.


Teqlər:  



Xəbər lenti