Gəncədə yüksək infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində bu sahədə əsaslı irəliləyişlərin olması bir daha öz təsdiqini tapıb. Müraciət edən 62 nəfər sakinin çox az qismi işıq və qazla bağlı şikayətlərini bildirdilər və icra başçısı həmin məsələnin həlli üçün yerindəcə tapşırıqlar verdi.
Dövlətimizin qayğısından hər zaman bəhrələnən vətəndaşlar problemlərin həllinə görə razılıqlarını ifadə etdilər. Qəbulda iş yerləri ilə təminat, maddi yardım, müalicə xərclərinin qarşılanması, mülki məsələlərdə sənədləşmə işlərinin aparılması yönündə də müraciətlər səsləndi.

İcra başçısı Elmar Vəliyevin qəbuluna yalnız problemi olanlar deyil, qaldırdığı məsələnin həllinə görə minnətdarlıq üçün də gəlmişdilər. Qənirə Qurbanova ötən qəbuldan sonra qarşılaşdığı problemin operativ həllinə görə minnətdarlığını bildirdi.







Vaxtında, Aydın, Lazımlı!


