`Sabitliyi pozmaq istəyənlər vətən xainidir` - Millət vəkili

`Sabitliyi pozmaq istəyənlər vətən xainidir` - Millət vəkili
  27 Noyabr 2015    Oxunub:3627
Nardaran hadisələrindən sonra Lənkərənda da radikal dindarların təxribata əl atacağı haqda xəbərlər yayılır.
Lənkəranın deputat Hadi Rəcəbli AzVision.az- açıqlamasında bildirib ki, hazırda şəhər ərazisində nisbi sakitlik hökm sürür.

Millət vəkili bildirib ki, ölkədə sabitliyi pozmaq istəyən hər bir şəxs vətən xainidir: “Bu gün ölkəmizdə olan sabitlik xalqın rifahına xidmət edir. Azərbaycanda təxribat yaratmaq istəyənlər xalqımızın güzaranına mane olmaq və onu pozmaq istəyənlərdir. Nə Lənkəranda, nə də Bakıda yerli sakinlərin özləri bu məsələnin təşkilatçıları deyillər. Bütün hallarda bu cür hadisələrin arxasında xaricdən maliyyələşən şəxslər dayanır. Bu kənardan gələn qüvvələrin qarışıqlıq salmaq istəyidir”,-deyə deputat qeyd edib.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti