`Bəzi ölkələrdə faşizm tüğyan edir`

`Bəzi ölkələrdə faşizm tüğyan edir`
  27 Noyabr 2015    Oxunub:2134
Bakıda Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Multikulturalizmin inkişafında gənclərin rolunun artırılması" adlı layihə çərçivəsində beynəlxalq konfrans keçirilib.

AzVision.az-ın məlumatına görə, konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, deputatlar Elman Nəsirov, Çingiz Qənizadə, politoloq Rufiz Qonaqov və 8 ölkədən gələn gənclər iştirak ediblər.

Konfransın əsas müzakirə mövzusu mədəniyyətlərarası, dinlərarası dialoq sahəsində real vəziyyətdir.

Konfransı giriş sözü ilə açan deputat Elman Nəsirov bildirib ki, bəzi ölkələrdə faşizm tüğyan edir, ksenofobiya həyat tərzinə çevrilib: “Amma Azərbaycanda müxtəlif dinlərin daşıyıcıları harmonik yaşayır. Əsas məqsədimiz müxtəlif ölkələrdən olan gəncləri Bakıya dəvət edərək onları vəziyyətlə tanış etməkdir. Qoy, onlar Azərbaycanda gördüklərini öz ölkələrində təbliğ etsinlər. Bundan təkcə Azərbaycan yox, sivil dünyanın əksər ölkələri qazanacaq.

Konfransda xaricdən gələn gənclər bu sahədə ölkələrindəki vəziyyət barədə konfrans iştirakçılarına məlumat veriblər.

Qeyd edək ki, konfrans sabah öz işinə yekun vuracaq.

Elvin Abdulqədirov



Teqlər:





Xəbər lenti