Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Ərdoğan İlham Əliyevə başsağlığı verdi
  06 Dekabr 2015    Oxunub:3930
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş bədbəxt hadisəilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
Bu barədə AzVision.az türk mətbuatına istinadən xəbər verir.

Türkiyə prezidenti baş vermiş faciədən kədərləndiyini bildirib: “Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına öz adımdan və Türkiyə xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə bu çətin anlarda hər zaman olduğu kimi Azərbaycan dövləti və xalqına lazımi köməyi göstərməyə hazırdır”.

AzVision.az


Teqlər:  



Xəbər lenti