Mərkəzi Bankdan banklara dəstək
Dəyişikliklərə əsasən, bank məcmu kapitalın adekvatlıq əmsalı 12%-dən 10%-ə və I dərəcəli kapitalın adekvatlıq əmsalı 6%-dən 5%-ə endirilib. Başqa sözlə, bank məcmu kapitalın adekvatlıq əmsalın 10%-dən və I dərəcəli kapitalın adekvatlıq əmsalını 5%-dən az olmayan səviyyədə saxlamalıdır.
Bundan başqa, banklar leverec əmsalını əvvəlki kimi 6%-dən yox, 5%-dən az olmayan səviyyədə saxlamalıdır.
Əgər bu dəyişikliklərə qədər aktivlər 5 risk dərəcəsinə bölünürdüsə, indi aktivlər 0, 20, 50, 100 faizli risk dərəcələrindən (qruplarından) birinə aid edilir.







Vaxtında, Aydın, Lazımlı!


