Nardaranda əməliyyat: Gizlədilən silahlar aşkarlandı

Nardaranda əməliyyat: Gizlədilən silahlar aşkarlandı
  07 Yanvar 2016    Oxunub:4752
Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti əməliyyat keçirilib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı qəsəbə ərazisində gizlədilmiş silah-sursat aşkar edilib.

Məlumatı Nardaran qəsəbəsindəki 42-ci polis bölməsinə qəsəbə sakini Asif Mehdiyev verib. Məlumat əsasında Sabunçu rayon Polis İdarəsi və 42-ci polis bölməsi əməkdaşları qəsəbənin Tusi küçəsindəki əraziyə baxış zamanı 15 ədəd 9 mm PM markalı tapança patronu və AKM markalı, lüləsi kəsilmiş avtomat aşkar ediblər.

Faktı Sabunçu rayon Polis İdarəsi təsdiqləyərək qeyd edib ki, əməliyyat yanvarın 6-da keçirilib və hələlik faktla bağlı saxlanılan yoxdur


Teqlər:  



Xəbər lenti