Azərbaycanlı deputat Kris Smiti debata çağırdı
Bunu AzVision.az-a açıqlamasında ermənipərəst ABŞ konqresmeni Kris Smitə cavab olaraq Milli Məclisə ABŞ əleyhinə layihə təqdim edən millət vəkili Rövşən Rzayev deyib.
ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtona dəvət etməsini müsbət qiymətləndirən deputat hesab edir ki, Ağ ev bu addımla Kris Smit və onun erməni dostlarını məyus etdi.
R.Rzayev anti-Azərbaycan layihəsinin müəllifi olan Smitlə fikir mübadiləsi aparmağa hazır olduğunu deyib: “Hesab edirəm ki, parlamentarilər dövlətlərarası münasibətlərə müsbət impuls verməlidirlər. Bundan öncə qeyd etdiyim kimi, mənim təqdim etdiyim layihə Kris Smitin ədalətsiz mövqeyinə qarşıdır. Smit erməni lobbisinin təsiri altında olan, onların sifarişlərini yerinə yetirən konqresmendir. Düşünürəm ki, ABŞ demokratik prinsiplərə əsaslanaraq bu məsələyə düzgün qiymət verməlidir. Buna görə də Smitlə fikir mübadiləsi aparmağa hazıram.
Obamanın cənab prezidenti ABŞ-a dəvət etməsi onlara ciddi zərbədir. Bu baxımdan hesab edirəm ki, Kris Smitin layihəsi Konqresdən keçməyəcək. Bu layihə ABŞ-Azərbaycan strateji tərəfdaşlığına uyğun gəlmir”.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


