`Quşlar arasında kütləvi tələfat yoxdur` - Nazirlik
“Araşdırma zamanı Adnalı kəndində bir həyətdə bir neçə baş ev quşunun tələf olması müəyyən edilib. Quşlardan nümunələr götürülərək laboratoriyada müayinə edilib. Müayinə zamanı quşların askaridoz (qurd) xəstəliyindən tələf olması aşkar olunub. Tələf olmuş quşlar xəstəliyin təlimatına uyğun olaraq zərərsizləşdirilmiş və dezinfeksiya işləri aparılıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirlərı aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
DBNX KİV nümayəndələrindən xahiş edir ki, dəqiqləşdirmədən, aparılan müayinə və araşdırmaların nəticələrinə istinad etmədən ölkədə heyvanlar arasında hər hansı iti yoluxucu xəstəliyin olması barədə məlumatlar yaymaqdan çəkinsinlər: “DBNX aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur” - deyə məlumatda qeyd olunub.







Vaxtında, Aydın, Lazımlı!


