“Sınıq Körpü”də insident: Keçid 1 saat dayandı
"İstehlak miqdarından artıq olan mallara görə sənədlər və gömrük rüsumu ödənilməsi tələb olunduqda isə nəqliyyat vasitələrinin sürücüləri buna etiraz edərək yükə aid sənədləri təqdim etməkdən və rüsumu ödəməkdən imtina ediblər. Gömrükçülərin qanuni tələblərinə məhəl qoymayan həmin nəqliyyat vasitələrinin sürücüləri daha sonra gömrük əməkdaşlarını idxal gömrük nəzarəti xəttini bağlamaqla hədələyiblər.
Dəfələrlə tələb edilməsinə baxmayaraq avtomobilləri idxal gömrük nəzarəti xəttindən götürməyən sürücülər gömrük əməkdaşlarına qarşı fiziki təzyiq göstərərək nalayiq ifadələr işlədiblər. Vəziyyəti nəzərə alan Tovuz Gömrük İdarəsinin rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib və əraziyə gələn polis əməkdaşları müvafiq tədbirlər həyata keçirdikdən sonra gömrük postunun fəaliyyəti 1 saatlıq fasilədən sonra bərpa olunub".







Vaxtında, Aydın, Lazımlı!


