Bakıda civə satanlar tutuldu

Bakıda civə satanlar tutuldu
  09 Yanvar 2016    Oxunub:1924
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib.
AzVision.az-ın xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini İsmayıl Quliyev və Bakı şəhər sakini Ayaz Davidov 196 qram ağ civəni 20000 ABŞ dollarına satarkən tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:



Xəbər lenti