`Tolerantlıq xalqımızın həyat tərzidir`
Səfir Dan Stav fəaliyyəti dövründə Azərbaycanın bölgələrinə səfərlər etdiyini, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.
Ötən ilin noyabr ayında ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay sinaqoqunun üzvlərindən ibarət 50 nəfərlik heyətin Azərbaycandan çox yüksək təəsüratla geri döndüklərini bildirən səfir müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin birgə yaşamasını təşviq edən Azərbaycan modelinin unikallığı ilə seçildiyini deyib. O, qeyd edib ki, bu baxımdan Azərbaycan tolerantlıq ixracatçısı ola bilər.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda İsrail Dövlətinin səfiri Dan Stav səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.







Vaxtında, Aydın, Lazımlı!


