Gömrük Komitəsi qiyməti qaldırıb? - Rəsmi açıqlama
DGK-nın açıqlamasını olduğu kimi təqdim edirik:
“Konkret ünvan və ad göstərilmədən guya sahibkarlara istinadən Dövlət Gömrük Komitəsi tərəfindən Rusiya Federasiyasından idxal olunan meşə materiallarına görə əlavə rüsum alınması barədə informasiyalar yer alıb.
Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş, “Gömrük Tarifi Haqqında Qanun”a uyğun olaraq vergi və rüsumlara cəlb edilir, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


