Pakistanın admiralı Azərbaycana gəlir

Pakistanın admiralı Azərbaycana gəlir
  13 Yanvar 2016    Oxunub:1668
Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, admiral Muhammad Zakaullah bu gün Azərbaycana rəsmi səfərə gəlir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri bazası ilə tanışlığı da nəzərdə tutulub.

Səfər yanvarın 16-dək davam edəcək.


Teqlər:



Xəbər lenti