Azərbaycanda bələdiyyə sədri polisə hücum etdi
Hadisə yerinə çağrılmış post-patrul xidmətinin əməkdaşları İmanxan Orucovu Neftçala Rayon Polis Şöbəsinə gətirdikdən sonra həkim müayinəsi aparılıb və onun içkili vəziyyətdə olduğu təsdiqlənib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bələdiyyə sədri barəsində toplanmış inzibati xəta tərkibli material (maddə 156.1) hüquqi qiymət verilməsi üçün Neftçala Rayon Məhkəməsinə göndərilib. Hazırda iş məhkəmənin icraatındadır.
Onu da qeyd edək ki, yerli polis şöbəsi İmanxan Orucovun bu qanuna zidd əməli barədə Neftçala Rayon İcra Hakimiyyətinə də təqdimat göndərib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


