Eldar Sabiroğlunun oğluna cinayət işi açıldı

Eldar Sabiroğlunun oğluna cinayət işi açıldı
  15 Yanvar 2016    Oxunub:4560
Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi başlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, Rüfət Səfərovun əməlləri ilə bağlı müraciətlər daxil olub: “Müraciətlər araşdırılıb. Konkret faktlarla bağlı istintaq aparılıb. Barəsində rüşvətalma maddəsi ilə cinayət işi açılıb”-deyə Kamran Əliyev bildirib.

Qeyd edək ki, R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti