Şəhid Azadəliyev Məhəmməd anıldı

Şəhid Azadəliyev Məhəmməd anıldı
  17 Yanvar 2016    Oxunub:5923
Sumqayıt şəhəri Şəhidlər Xiyabanına şəhid Azadəliyev Məhəmməd Rasim oğlunun anım mərasimi keçirilib.
Mərasimdə şəhidin ailəsi, yaxınları və Zəngəzur mahalının Qarakilsə rayonunun Şıxlar kəndindən olan kəndçiləri iştirak edib. Şəhidin ailəsi və yaxınları Məhəmmədin şəhid olmasından 5 il keçməsinə baxmayaraq onun yoxluğuna alışa bilmir.



1990-cı noyabrın 7-si dünyaya göz açan Məhəmməd uşaqlıqdan çox çevik və yüksək intelekti ilə ətrafındakılara özünü sevdirməyi bacarıb. 1997-ci ildə Sumqayıt şəhərində 1 saylı Qismət Qayıbov adına məktəbə daxil olan Məhəmməd mehriban və səmimi olduğu üçün qısa müddətə müəllimləri və yoldaşları tərəfindən sevilməyə başlamışdı. Yaşıdları məktəbi bitirdikdə ali təhsil almaq üçün universitetlərə qəbul olarkən Məhəmməd Azadəliyev hərbi xidmətə yollanır.



Ailəsinin Məcburi köçkünlük həyatı yaşadığı bu gənc oğlan xain düşmənlə qapanmamış bir hesabının olduğunu düşünürdü. Vətənpərvər oğlan idi Məhəmməd. Bunun üçündə düşmənə ən yaxın yeri seçmişdi. Tovuzda xidmət edirdi. Qısa zamanda təlimlərdə atıcılıqda nə qədər sərras olduğunu görən kamandırləri tərəfindən spayperçi olaraq təyin edilmişdi.



Səngərdə düşmənə aman vermirdi. Lakin 17 noyabr 2011-ci ildə düşmən gülləsinə tuş gəldi. Şəhadət mərtəbəsinə yüksələn Azadəliyev Məhəmməd dünyaya gözlərini yumdu.


Teqlər:  



Xəbər lenti