Tonlarla yararsız ət məhv edildi
Baytarlıq qanunvericiliyinə uyğun olaraq bu məhsullardan götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib. Müayinə zamanı 1100 (min yüz) kq-dan atrıq xammalın bakterioloji çirklənməyə məruz qalması, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisinin olması müəyyən edilib.
Həmçinin yanvarın 15-də Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, S.Vurğun küçəsində Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi "Daevo sentral" 10 PV 475 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan, Bakı şəhərinə satış üçün gətirilən, sağlamlığı, mənşəyi barədə heç bir sənədi olmayan və qida üçün orqanoleptik göstəriciləri şübhə doğuran 4 baş heyvan cəmdəyi aşkar edilməsi ilə bağlı aparılan müayinələrin nəticəsinə əsasən həm 1100 (min yüz) kq-dan atrıq xammalın, həm də 4 baş iribuynuzlu heyvan cəmdəklərinin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.
Bu qərara uyğun olaraq yanvarın 15-də həm "Zirvə" kolbasa məmulatları sexindən götürülən 1100 (min yüz) kq-dan atrıq xammal, həm də Bakı şəhəri S.Vurğun küçəsində Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi "Daevo sentral" 10 PV 475 dövlət nömrə nişanlı avtomobildə aşkarlanan 4 baş heyvan cəmdəkləri Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


