Süni qiymət artımına qarşı reyd keçirilib

Süni qiymət artımına qarşı reyd keçirilib
  16 Yanvar 2016    Oxunub:1994
Naftalan şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması üçün yaradılmış komissiya üzvlərinin iştirakı ilə yanvarın 16-da Naftalan şəhərindəki mövcud ticarət obyektlərində, pərakəndə satış mağazalarında və şəhər ərazisində yerləşən bazarda reyd keçirilib.

İcra hakimiyyətindən verilən məlumata görə, reyd zamanı komissiya üzvləri tərəfindən sahibkarlarla, həmçinin satış üzrə digər məsul şəxslərlə ərzaq məhsullarının qiymətlərinin qanunamüvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına, sui-istifadə hallarına yol verilməməsi ilə bağlı maarifləndirici izahat işləri aparılıb. Eyni zamanda, reyd zamanı əhalinin istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edilmədiyi, şəhərdə süni mal qıtlığının mövcud olmadığı müəyyənləşib.

Reydlər mütəmadi davam etdiriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti