Varlıların getdiyi mağaza: samovar 2, çay dəsti 17 minədir (FOTOLAR)

Varlıların getdiyi mağaza: samovar 2, çay dəsti 17 minədir (FOTOLAR)
  17 Yanvar 2016    Oxunub:48757
Sənət əsəri sayılan qiymətli əşyalar hər zaman öz zərifliyi və gözəlliyi ilə seçilir. Antik əşyalar təkcə estetik dəyəri, praktikliyi ilə deyil, həm də qiyməti ilə fərqlənir.

Təntənəli mərasimlərdə geyilən zinət əşyaları, ziyafət masasında qoyulan antik qablar zəriflik və kübarlıq əlaməti kimi qiymətləndirilir. Bu baxımdan nə qədər köhnə və işlənmiş olsa da, antik əşyaların qiyməti təzələrdən bir neçə dəfə baha olur.



Bakıda antik əşyaların satış mağazasında apardığımız müşahidə bunu deməyə əsas verir ki, antikvariat satışı hər zaman diqqət mərkəzindədir və bu mağazaların öz müştəriləri var.



Mağazada tarixi artefaktlar, qiymətli kitablar, heykəllər, çap maşınları, musiqi alətləri, qab-qacaqlar, saatlar, çıraqlar, çıl-çıraqlar, şəkillər və digər qədim əşyalar satışa çıxarılıb.



Satıcının sözlərinə görə, antik əşyalar intelligentliyin, savadlığın və gözəl zövqün rəmzidir.

“Antik əşyalar hər zaman baha olub. Qiymətlər fərqlidir. Çalışırıq müştəriləri qane edən qiymətlər müəyyən edək. Alıcılarımız əsasən kolleksiya yığan imkanlı şəxslərdir. Onlar arasında deputatlar, icra başçıları da var. Bəzən olur ki, tanınmış bir insanın ad günü üçün bahalı antik əşya hədiyyə alırlar”.



Mağazada ən ucuz məhsulun qiyməti təxminən 100-200 manat təşkil edir. Ən bahalı antik əşya isə 2 min manatdan 17 min manat arası dəyişir.

Antik əşyaların satış qiymətləri təxminən belədir:

100-dən çox yaşı olan qədimi çırağ: 200 manat

Qədim gecə lampası: 100 manat

Çılçıraq: 300-manatdan 1000 manatadək

Köhnə fotoaparaq: markasından aslı olaraq 400-1000 manat

Tarixi qramafon: 2000 min manat

Daş ütü: 500 -700 manat

Samovar: 1000 manat

50-ci illərdə istehsal edilmiş maddona çay dəsti: 17 min manat

Kasa: Bir ədəd 200 manat

Süniver çaynik: 100 manat

Bir əsrdən çox yaşı olan su qabı: 2000 min manat

120 ildən çox yaşı olan samovr: 2000 min manat

Satıcının sözlərinə görə, samovar və süniver qablar daha çox satılır. Bu məhsullara hər zaman təlabat var.









Rüstəm İsmayılov
Fotolar: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti