Bakıda güclü tıxac var - Sürücülərin nəzərinə

Bakıda güclü tıxac var - Sürücülərin nəzərinə
  19 Yanvar 2016    Oxunub:2126
Bu gün səhər saatlarından Bakının Nobel prospektində (mərkəzə doğru) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə AzVision.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Həmçinin, Xətai prospektində (Təhsil Nazirliyi istiqamətində), Səməd Vurğun küçəsində ("Təzə Bazara" doğru), eləcə də Koroğlu Rəhimov küçəsində (Prezident İqamətgahının qarşısında) və Ziya Bünyadov prospektində avtomobillərin sıxlığı yaranıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti