Əhalidən gəlir vergisi tutulmayacaq

Əhalidən gəlir vergisi tutulmayacaq
  19 Yanvar 2016    Oxunub:7581
Bu ilin fevralın 1-dən etibarən əhalinin əmanətlərindən gəlir vergisi tutulmayacaq.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Banklın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Baş bankir qeyd edib ki, indiki dövrdə əmanətlər əhalinin ən mühüm qazanc mənbələrindən biridir: “Azərbaycan əhalisi il ərzində əmanətlərdən 500 milyon əldə edir və “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik ediləndən sonra əhalinin əmanətlərdən gəliri daha da sabitləşəcək.

İlkin rəqəmlərə görə, əhalinin 9,5 milyard manat əmanəti var və bu əmanətdən onlar 93 milyon manat gəlir əldə edirlər. Güzəştin tətbiqi 93 milyon manat gəlirin əmanətçilərin sərəncamında qalmasına imkan verəcək. Bu vəsait dövlət büdcəsi hesabına əhaliyə geri qaytarılacaq”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti