`15 minə yaxın yeni iş yeri açılacaq` - Nazir

`15 minə yaxın yeni iş yeri açılacaq` - Nazir
  19 Yanvar 2016    Oxunub:4649
“Qeyri-neft məhsullarının ixracını stimullaşdırılması haqqında” prezidentin imzaladığı sərəncama əsasən ixracın subsidiyalaşdırılması mexanizmi hazırlanacaq.

AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

“Prezident müvafiq sərəncamla Nazirlər Kabinetinə tapışırıq verib. Azərbaycanda milli brendin yaradılması, qeyri-neft ixracının təşviqi və bu prosesdə dövlətin birbaşa iştirakı nəzərdə tutulur. Bununla da Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılmasına nail olacağıq”.

Ş.Mustafayev qeyd edib ki, kənd təsərrüfatı, emal və sənayə sahəsi üzrə 150-yə yaxın layihə il yarım ərzində icra olunmalı və nəticədə 15 minə yaxın yeni iş yeri açılmalıdır: “İqtisadi aktivlik yüksəlməlidir. Layihə xərclərinin azalması nəticəsində Azərbaycan məhsullarının rəqbət qabiliyyəti və dövlət satınalmalarında yerli istehsalın payı artmalıdır. Bununla da daxili istehsalı qorumuş olacayıq”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti