Milli Məclisin növbədənkənar iclası başladı

Milli Məclisin növbədənkənar iclası başladı
  19 Yanvar 2016    Oxunub:1357
Milli Məclisin növbədənkənar iclası başlayıb.
AzVision.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələnin müzakirəsi daxil edilib.

İclasda "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişiklik, Vergi Məcəlləsində dəyişiklik, "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik, İnzibati Xətalar Məcəlləsində dəyişiklik, "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik, "Gömrük tarifi haqqında" qanuna dəyişiklik, Vergi Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur.
Həmçinin, "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Mərkəzi Banklın İdarə Heyətinin sədri Elman Rüstəmovvə İqtisadiyyat naziri Şahin Mustafayev də iclasda iştirak edir.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti