Pul satan şəxs tutuldu

Pul satan şəxs tutuldu
  20 Yanvar 2016    Oxunub:2193
Bakıda saxta pul satan şəxs tutulub .
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23000 rubl saxta əskinas satdığını bildirib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılıb, ondan 5000 rubl saxta əskinas götürülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti