`Hökumət çox ciddi iqtisadi proqramlar üzərində işləyir`
“Bir neçə gün öncə Milli Məclisin növbədənkənar iclası keçirildi. Prezident İlham Əliyevin iqtisadiyyatla bağlı parlamentə daxil olan qanun layihələri qəbul olundu”.
Vitse-spiker bildirib ki, qanun layihələri çox ciddi tədbirlər nəzərdə tutur: “Əmanətlərin tam sığortalanması, əmanətlərdən olan gəlirlərin vergidən azad edilməsi, satınalmalar, vergi ödəmələri sahəsində bir sıra dəyişikliklər həm iqtisadi sahədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsinə, həm də insanların rifahının, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir. Düşünürük ki, nəzərdə tutulan tədbirlər qısa müddətdə yerinə yetiriləcək və biz bu çətinlikləri də daha az zərərlə aradan qaldıra biləcəyik”.







Vaxtında, Aydın, Lazımlı!


