Təbrizdə ölən körpədən yeni xəbər var - Video

Təbrizdə ölən körpədən yeni xəbər var - Video
  23 Yanvar 2016    Oxunub:2883
”Azərbaycanın İrandakı səfirliyi meyiti verilməyən körpə ilə bağlı məsələləri nəzarətində saxlayır”.
Bunu hazırda İranda olan 9 aylıq Qorqud Dadaşzadənin dayısı Aqil Quliyev bildirib.

"Bizə bu gün konsulluqdan zəng vurub dedilər ki, məsələni həll etməyə çalışırlar. Konsulluqla yanaşı Təbriz Universiteti də köməklik edir. İnşaallah, yaxşı olar. Artıq Azərbaycandan imkanlı şəxslərin köməkliyi ilə pulun bir qismi hazırdır. Az bir hissəsi qalıb", - deyə uşağın dayısı vurğulayıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşı 9 aylıq Qorqud Dadaşzadə yanvarın 21-də günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yerləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. (Ans)




Teqlər:  



Xəbər lenti